102-ci hərbi bazada dava - Bölük komandirləri əsgəri döyüb qaçdılar

12-09-2017, 09:56           
102-ci hərbi bazada dava - Bölük komandirləri əsgəri döyüb qaçdılar
Sentyabrın 10-da Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasında hərbçilər arasında dava baş verib.

“A24.Az” erməni mətbuatına istinadən xəbər verir ki, hadisə təxminən 23:30 radələrində baş verib. Hərbçilər arasında baş verən hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Bildirilir ki, polislər dərhal hadisə yerinə gəliblər. Polislər hadisə yerinə gələn kimi hadisəni törətmiş 3 nəfər qaçıb. 1 nəfər isə yerdə uzanmış vəziyyətdə tapılıb. Polislər xəsarət almış şəxsi Gümrü şəhərində yerləşən xəstəxanaya çatdırıblar.

Xəsarət alan şəxs 26 yaşlı Rusiya vətəndaşı Yuri Nikolayev olub. Onun göz ətrafı zədələnib, dizində sıyrıqlar var və çox saylı zərbələr nəticəsində kəllə-beyin travması alıb.

Polislər müəyyən ediblər ki, mübahisə (23 yaşlı Vladislav Krasovsk, 22 yaşlı Viktor Yudin, 26 yaşlı Nursultan Qizatulaev və 26 yaşlı Yuri Nikolayev) Rusiya vətəndaşları arasında baş verib.

Aparılan istinaq işləri zamanı müəyyən edilib ki, 26 yaşlı Nursultan Qizatulayev, Yuri Nikolayevi döyüb. O özü polis bölməsində bu əməlini etiraf edib. Hadisə zamanı adı çəkilən hərbçilər Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının bölük komandirləridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru