Ukraynada erməni deputat həbs olundu – qətlə görə

20-09-2017, 20:34           
Ukraynada erməni deputat həbs olundu – qətlə görə
Ukraynada Mirqorod şəhər sovetinin Oleq Lyaşkonun Radikal Partiyasını təmsil edən erməni əsilli deputatı Xaçatur Xaçaturyan Azadlıq Partiyasından olan həmkarı Oleq Suprunenkonun qətlində şübhəli bilinərək saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə partiya sədri Oleq Lyaşko Feysbuk səhifəsində yazıb. Lyaşkonun sözlərinə görə, mərhum Suprunenko reanimasiya şöbəsində 26 gün həyat uğrunda mübarizə aparıb.

“Ona çox qəddar şəkildə hücum edilib. Heç bir şəkildə cinayətkarları himayə etməyəcəyəm. Əgər günahkardırsa, mandatı əlindən alınsın və mühakimə olunsun”, - Lyaşko Xaçaturyan barədə deyib.

Qeyd edək ki, hücum Oleq Suprunenko iyul ayının 12-də gecə saatlarında evinə qayıdarkən baş vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru