Tramp İranla bağlı qərarını verdi, ancaq...

20-09-2017, 22:41           
Tramp İranla bağlı qərarını verdi, ancaq...
ABŞ Prezidenti Donald Tramp İran ilə 5+1 (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Çin və Rusiya) ölkələrinin iki il öncə əldə etdiyi müqaviləyə növbəti dəfə münasibət bildirib.

Nyu Yorkda BMT binasında Fələstin Prezidenti Mahmud Abbasla görüşən Tramp İranla bağlı da danışıb.

"İranla nüvə razılaşmasına dair qərarımı verdim", - Tramp qeyd edib.

Tramp qərarının təfərrüatı barədə açıqlama verməyib.\Axar.az\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.