İrəvanda Rusiya ilə bağlı səsvermə keçirildi – Nəticə
4-10-2017, 23:58
Ermənistan parlamentində Yelk Blokunun İrəvanın Avrasiya İttifaqında qalmasının məqsədəuyğunluğunun araşdırılmasıyla bağlı komissiya yaradılması təklifi qəbul edilməyib.Axar.az xəbər verir ki, parlamentin 79 deputatı bu təşəbbüsün əleyhinə, 10-nu isə lehinə səs verib.
Qeyd edək ki, son günlər Ermənistanda Avrasiya İttifaqına üzvlük məsələsi böyük ajiotaj yaradıb. Belə ki, Yelk Blokunun təşkilatdan çıxmaq barədə tələbi hökumətin kəskin etirazı ilə üzləşib. Blok bu üzvlüyün Ermənistana fayda vermədiyini, əksinə, ölkənin müstəqilliyinə son qoyduğunu bəyan edib. Rəsmi İrəvan isə Avrasiya İttifaqında əsas aparıcı üzv olan Rusiyanı özündən uzaqlaşdırmamaqdan ötrü Yelk Blokunun bütün çıxışlarını kəskin tənqid edib.
Ermənistan hökuməti bütün itkilərinə rəğmən təşkilatdan çıxmaq istəmədiyini açıqlayıb.