Eynşteynin bəxşiş kimi verdiyi resept satıldı - 1,5 milyon dollara

26-10-2017, 10:10           

Albert Eynşteynin xoşbəxt həyat reseptinin yazıldığı qeyd satılıb.

Yenicag.az xəbər verir ki, qeyd Qüdsdə keçirilən hərracda 1,56 milyon dollara alınıb. Qeydi alan şəxsin kimliyi isə açıqlanmır.

Qeyd edək ki, Eynşteyn sözügedən qeydi 1922-ci ildə Tokio otelinin kuryerinə bəxşiş kimi verib. Məsələ burasındadır ki, həmin vaxt nisbilik nəzəriyyəsinin müəllifinin bəxşiş verməyə pulu olmayıb. Bunun əvəzində o, kuryerə “Imperial Hotel Tokyo”nun loqotipi olan bloknotun vərəqini verib. Vərəqdə isə yazılmışdı: “Sakit və qənaətcil həyat uğurlar arxasınca daim narahatlıqla müşayiət olunan qaçışdan daha çox xoşbəxtlik gətirir”.

Eynşteynin yazdığı ikinci qeyddə isə “Harada iradə varsa, orada vasitə də var” yazılıb. “Vinners” hərrac evinin məlumatına görə, bu qeyd 240 min dollara satılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru