Sidney sakini özünü terror aktı hazırlığında təqsirkar bilib
30-10-2017, 09:14
Sidney sakini Tamim Hayya özünü Avstraliya ərazisində terror aktı hazırlığında təqsirkar bilib. "Report"un məlumatına görə, bu barədə "SBS" xəbər verib. Qeyd edilir ki, həmin şəxs Sidneyin Parramatta rayonunda məhkəmə qarşısına çıxarılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu 2016-cı ilin mayında həbs ediblər. Polis nümayəndəsinin sözlərinə görə, həbs Sidneyin binalarından birində terror aktının qarşısını almağa imkan verib. Əks təqdirdə terror aktı qaçılmaz olardı. Sentyabrın sonunda Avstraliyanın Yeni Cənubi Uels ştatının polis komissarının köməkçisi Mark Myordok bildirib ki, Sidneydə böyük terror aktı olacaq və "bu, qaçılmazdır". Daha əvvəl Avstraliyanın baş naziri Malkolm Tyornbull isə qeyd edib ki, ölkə hakimiyyəti insanların kütləvi toplaşdığı yerlərin terrorizmdən müdafiəsi ilə bağlı tədbirlər görüb.