Rusiya Suriyadan çıxmağa hazırlaşır

30-10-2017, 11:14           
Rusiya Suriyadan çıxmağa hazırlaşır
Rusiya hərbi-siyasi rəhbərliyi ölkə ordusunun Suriyadan çıxarılması imkanlarını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Qəzetin mənbəsi ordunun Suriyadan mərhələli şəkildə çıxarılacağını vurğulayıb.

Suriyadan çıxarılanlar arasında daha çox mühəndislər, texniki mütəxəssislər olacaq. Moskva həmçinin Hmeymimdəki aviabazadakı bir sıra texnikanı da Rusiyaya göndərəcək.

Bununla belə Moskva hava hücumundən müdafiə sistemlərini Suriyada saxlayacaq. Bu sistemlər daha çox Rusiyaya məxsus obyektlərin mühafizəsini təşkil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru