Məğlubiyyət sindromu: Şimali İraqda vətəndaş qarşıdurması başladı

30-10-2017, 12:35           
Məğlubiyyət sindromu: Şimali İraqda vətəndaş qarşıdurması başladı
Referendumdan sonra Şimali İraqda vətəndaş müharibəsi başlayacağı ehtimalı barədə dəfələrlə yazmışıq. Bir müddət əvvəl kürd muxtariyyətinin Nazirlər Kabinetinin yaydığı yazılı mətbuat açıqlaması artıq bu müharibənin başladığının rəsmi etirafıdır.

Ovqat.com-un bildirdiyinə görə açıqlamada deyilir:

"Ortaya çıxan təcavüz və şiddət vətəndaşlarımız arasında kədər və narahatlıq yaradıb. Polis və hüquq-mühafizə orqanlarının vəziyyəti nəzarət altına almasını istəyirik. Arzulanmayan yerlərə, bütün partiyalara, rəsmi və siyasi qurumlara hücuma izn verilməməsini tələb edirik.

Görünən budur ki, bəzi qüvvələr fitnə və şiddət mühiti yaratmağa çalışırlar. Bu cəhdləri qəti şəkildə qınayırıq. Hədəf və zorakılıqla məşğul olan hər kəsə ciddi hüquqi cavab veriləcəyini bildiririk. Vatandaşlarımızın evlərinə qayıtmalarını və sülh mühitinin qorunmasını və təhlükəsizlik güclərinə kömək etməsini istəyirik".

Xatırladaq ki, dünən muxtariyyət parlamentinin keçirdiyi növbədənkənar və fövqəladə toplantısı zamanı bəzi bərzanipərəstlər Məsclis binasına silahlı hücum etməyə çalışmış, təhlükəsizlik qüvvələri onların qarşısını zorla almışdı. Hücumun əsas hədəfi isə müxalif partiya deputatları idi. Regional hökumətin bir neçə dəqiqə öncə yaydığı rəsmi məlumatlar isə Ərbildəki gərginliyin hələ də davam etdiyini və şəddətləndiyini göstərir.

Maraqlıdır ki, hadisələrin şiddətlənməsində muxtariyyət liseri Məsud Bərzaninin də müstəsna rolu oldu. O, dünən yaydığı bəyanatda öz avanturasının günahını başqalarının böyük xəyanətində görərək, müxalifləri satqınlıqda günahlandırdı. Bu çıxışdan sonra tərəflərin qarşı-qarşıya gəlməsi gözlənilən idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.