Gülüstanda əylənən oğlan və qızlar həbs edildi

30-10-2017, 12:47           
Gülüstanda əylənən oğlan və qızlar həbs edildi
İranın Gülüstan əyalətinin Ziyarət kəndindəki villada keçirilən gecə qonaqlığına qatılan daha 11 qız və oğlan həbs edilib.

Axar.az xəbər verir ki, kefli və sərxoş vəziyyətdə bir-biri ilə rəqs edib, əylənən gənclərin olduğu villada hüquq-mühafizə orqanlarının apardığı yoxlama zamanı yerli və xarici istehsal olan onlarla müxtəlif alkoqullu içkilər aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparıldığı bildirilir. Tutulan qız və oğlanların adları mediaya açıqlanmayıb.

Qeyd edək ki, bu hala İranda artıq vaxtaşırı olaraq rast gəlinir. Bu vaxtadək eyni əmələ görə 2 minə qədər gənc saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru