Pentaqon: ABŞ Konqresin icazəsi olmadan KXDR-ə preventiv nüvə zərbəsi endirə bilər

31-10-2017, 09:11           
Pentaqon: ABŞ Konqresin icazəsi olmadan KXDR-ə preventiv nüvə zərbəsi endirə bilər
Pentaqon rəhbəri Ceyms Mettis etiraf edib ki, Donald Trampın Konqresin icazəsi olmadan preventiv nüvə zərbəsinin endirilməsinə dair göstəriş verməsini təsəvvürünə gətirir.
“Report” TASS-a istinadən xəbər verir ki, Mettis bu bəyanatla bazar ertəsi Birləmiş Ştatların xaricdə hərbi güc tətbiq etməsinə həsr olunmuş Konqres Senatının Xarici işlər üzrə komitəsinin dinləmələrində çıxışı zamanı deyib.
"Biz görsəydik ki, onlar buna [ABŞ-a nüvə zərbəsi endirməyə] hazırlaşırlar və bu qaçılmazdır, o zaman mən bu vəziyyəti təsəvvürümə gətirə bilirəm", - deyə Mettis senatorun sualına cavabında bildirib.
Pentaqon rəhbəri həmçinin qeyd edib ki, "elə olarsa, qərar son dərəcə diqqətlə nəzərdən keçiriləcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru