İranın xarici işlər naziri erməni sevgisini belə bir gündə də gizlədə bilmədi...

1-11-2017, 14:19           
İranın xarici işlər naziri erməni sevgisini belə bir gündə də gizlədə bilmədi...
İranın xarici işlər naziri Cavad Zərif bu gün Tehranda keçiriləcək İran, Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün bölgədə sülh və əmin-amanlığın təmin olunmasına xidmət etdiyini bildirib.

Moderator.az xəbər verir ki, İRNA-ya açıqlama verən Cavad Zərif bu üç ölkənin tranzit daşımalarda və enerji sahəsində ortq mənfəətlərinin olduğunu vurğulayıb. Zirvə görüşünün bölgə ölkələrinin iqtisadiyyatının inkişafına mühüm təsir göstərəcəyini deyən xarici işlər naziri bunun əlaqələri daha da genişləndirəcəyini ifadə edib.

“Bizim Xəzər dənizi sahilində yerləşən ölkələrlə yaxşı münasibətlərimiz var. Türkəmənistan, Özbəkistan və Qazaxıstanla tranzit daşımalarda əməkdaşlıq edirik. Gürcüstan və Ermənistanla da yaxşı əlaqələrə malikik. Bu, bölgənin təhlükəsizliyi və iqtisadi inkişafı baxımından çox önəmlidir. Tehranda keçirilən zirvə görüşünün bunlara öz töhfəsini verəcəyini ümid edirik”- Cavad Zərif belə deyib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru