İranlı qızın çadrasının altından elə mənzərə çıxdı ki… – Foto

1-11-2017, 19:50           

Mühafizəkarlığı ilə seçilən İranda bir qadının hekayəsi sosial şəbəkənin əsas gündəminə çevrilib.

Tehranın yoxsul səmtlərindən birində doğulan Hoda Jarrah iki ildir bodubildinqlə məşğuldur.

37 yaşlı iranlı qadın ilk görünüşdən öz həmcinslərindən heç nə ilə fərqlənmir. O da İrandakı başqa qadınlar kimi uzun geyinir, başını bağlayır. Lakin bu geyimin altından onun bədənini görənlər gözlərinə inana bilmirlər. Jarrah iki il öncə idmanla məşğul olmağa başalayanda hər kəsin ona nifrət və ikrahla yanaşdığını deyir:

“Ətrafımdakı insanların çoxu bu idman növündən əl çəkməyim üçün mənə təzyiqlər etdi. Ağırlıq qaldırmağa qərar verəndə buna görə uşaq sahibi ola bilməyəcəyimi deyənlər də oldu. Xüsusilə atam etiraz etdi. O, ərimin məni boşayacağını və uşaqsız qalacağımı düşünürdü”.

Arnold Şvarsnegger heyranı olan iranlı qadın heç kimə qulaq asmayıb. Bir müddət sonra isə ona qarşı münasibət yenidən dəyişib. Bu dəfə müsbətə doğru. İndi o əzələləli bədən quruluşu ilə yarışlara qatılır və İranı təmsil edir.

/İstiPress/
İranlı qızın çadrasının altından elə mənzərə çıxdı ki… – Foto


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru