Minimum əmək haqqı 1500 dollaradək qaldırılacaq- Rəsmi

1-11-2017, 19:52           
Minimum əmək haqqı 1500 dollaradək qaldırılacaq- Rəsmi
Gəlin hamılıqla düşünək: Azərbaycanın İsraildən nəyi əskikdir?..
2017-ci ilin dekabrından ölkədə minimum əmək haqqı 5300 şekelədək (təxm. 1500 dollar, yaxud 2540 manat) yüksəldiləcək.

Moderator.az xəbər verir ki, söhbət İsraildən gedir.

Ölkənin qanunverici orqanı olan Knessetin əmək və sosial məsələlər üzrə komitəsi qızğın müzakirələrdən sonra minimal əmək haqqının 5000 şekeldən 5300 şekeledək yüksəldilməsini tövsiyə edib. Bir saat üçün minimal maaşın 26,9 şekeldən(7,6 dl.) 28.5 şekelə(8,1 dl.), minimal gündəlik əmək haqqının isə 231 şekeldən(66 dl.) 245 şekelədək(70 dl.) yüksəldiləcəyi gözlənilir. Minimum əmək haqqı dekabr ayından etibarən qaldırılacaq. Maaşların qaldırılması dövlət büdcəsinə 400-500 mln. şekelə(təxm. 114-142 mln. dollar) başa gələcək.

Qeyd edilir ki, bu, İsraildə 2015-ci ilin aprelindən bəri artıq 4-cü əmək haqqı yüksəlişidir.

P.S. Gəlin hamılıqca düşünək görək, Azərbaycanın İsraildən nəyi əskikdir...

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.