Trampın daha bir müşavirini həbs gözləyir
1-11-2017, 21:35

Flinn Türkiyə kəşfiyyatına işləməkdə ittiham olunur
Donald Trampın seçki qərargahının rəhbəri Pol Manafortun ev dustağı edilməsindən sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinn həbs oluna bilər. Bu barədə “Buzzfeeld” nəşri məlumat məlumat yayıb. Mənbə qeyd edir ki, Maykl Flinn Türkiyədə işlədiyi bir neçə ay ərzində qeydə alınmayıb. Bununla yanaşı, Maykl Flinn FTB agentlərinə ruslarla təmasda olması barədə yalan danışıb. Xüsusi prokuror Robert Müller tərəfindən xarici agentlər haqqında qanunun pozulmasına görə Manaforta qarşı irəli sürülən ittihamlar artıq Flinn üçün siqnal hesab edilir.
Cebhe.info bildirir ki, Manafort kimi Flinn də Türkiyənin marağına görə bir türk iş adamı üçün işləyərək 530 min dollar qazandıqdan sonra xarici agent kimi qeydiyyatdan keçib. O, bu işlərlə 2016-cı ilin yay və payız aylarında məşğul olub. “Buzzfeeld”in yazır ki, M.Flinn Türkiyə üçün çalışarkən, eyni vaxtda qapalı kəşfiyyat brifinqlərində iştirak edib, Rəcəb Tayyib Ərdoğanın düşmənini təhvil vermək üçün Trampa məsləhətlər verib və məqalə yazıb. Hətta Türkiyədə və Ağ Evdə ona ödənişləri dayandırdıqdan sonra belə, Flinn Ərdoğanın maraqlarına uyğun gələn milli təhlükəsizlik məsələlərinə dair qərarlar qəbul edib. O da qeyd edilir ki, M.Flinn 2017-ci il martın 7-də vəzifəsindən qovulduqdan 3 gün sonra xarici agent kimi qeydə alınıb. O, bu hadisədən 8 ay öncə isə Türkiyənin maraqlarına cavab verən lobbişilik müqaviləsi imzalayıb. Flinn ərizəsində bildirib ki, Nyu-Yorkdakı oteldə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və energetika naziri , R.T.Ərdoğanın kürəkəni Berat Albayrakla gizli görüş keçirib.
Flinn vəzifəsindən azad edildikdən sonra məlum olub ki, məmurlar milli təhlükəsizlik məsələləri üzrə müşavirin Türkiyənin maraqlarını təmsil etmək üçün pul alması barədə üç dəfə ayrı-ayrı hallarda prezident Trampa xəbərdarlıq edib.
Xatırladaq ki, M.Flinn 2017-ci il martın 4-də tutduğu vəzifədən Rusiya ilə məxfi əlaqələrdə ittiham edilərək qovulub.