Ağ Ev: Özbəkistan vətəndaşlarının ABŞ-a gəlişinə dair məhdudiyyətlərin tətbiqi istisna edilmir

2-11-2017, 08:35           
Ağ Ev: Özbəkistan vətəndaşlarının ABŞ-a gəlişinə dair məhdudiyyətlərin tətbiqi istisna edilmir
Ağ Ev Özbəkistanı vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoya bilər.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə brifinqdə jurnalistlərin suallarını cavablandıran Ağ Evin mətbuat katibi Sara Sanders deyib.
"Biz bunu nəzərdən keçirməliyik. Bunu istisna etmirik", - deyə mətbuat katibi bildirib.
Qeyd edək ki, noyabrın 1-də Nyu-Yorkda sürücünün yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində 8 nəfər ölüb, 12-dən çox insan yaralanıb. Saxlanılan şəxs Florida ştatında yaşayan Özbəkistan vətəndaşı Sayfullo Saipovdur.
Hakimiyyət dairələri onun qəsdən bu əmələ əl atdığını hesab edirlər və bunu terror aktı adlandırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru