Hindistanda İES-də baş verən partlayışda ölənlərin sayı 20 nəfərə çatıb

2-11-2017, 08:43           
Hindistanda İES-də baş verən partlayışda ölənlərin sayı 20 nəfərə çatıb
Hindistanın Uttar-Pradeş ştatında fəaliyyət göstərən İstilik Elektrik Stansiyasında (İES) baş verən partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Economic Times" qəzeti ştatın polisinə istinadən xəbər verib.
Polis rəisinin müavini Anand Kumar 20 nəfərin həlak olduğunu təsdiqləyib. Bildirib ki, 22 nəfər ağır yanıq xəsarətləri ilə Lakxnauya göndərilib.
Onun sözlərinə görə, daha 15 nəfər Ray-Barelidə xəstəxanaya göndərilib.
***20:20
Hindistanın Uttar-Pradeş ştatında İstilik Elektrik Stansiyasında (İES) baş verən partlayış nəticəsində 8 nəfər ölüb, 150 nəfər xəsarət alıb.
“Report” “Hindustan Times”ə istinadən xəbər verir ki, bunu ştatın polis rəisinin müavini Anand Kumar bildirib.
Onun sözlərinə görə, hadisə qurbanlarının sayı arta bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru