ABŞ-Meksika sərhədində tikilən divarın qiyməti açıqlandı: İNANILMAZ MƏBLƏĞ - VİDEO

3-11-2017, 14:12           

Meksika ilə sərhəddə divarın tikintisi 18 milyard dollara başa gələcək.
Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp “Foks Nyus” telekanalına müsahibəsində deyib.
“Deyirdilər ki, divar 40 milyard dollara başa gələcək. Amma bunun yarısından da az məbləğdən söhbət gedir. Düşünürəm ki, 18 milyard dollar və daha az məbləğə əla divar olacaq”, - Tramp bildirib.
Prezident izah edib ki, dağlar və çaylar ABŞ-la Meksika arasında təbii baryer olacaq və bu yerlərdə divar lazım deyil.
Qeyd edək ki, Meksika ilə sərhəddə divarın tikintisi Trampın əsas seçkiqabağı vədlərindən biri idi. Divarın tikintisi haqqında fərman yanvarın 25-də imzalanıb. Onun uzunluğu 3 min kilometrdən çox olmalıdır. Prezident dəfələrlə bildirib ki, divarın tikintisi üçün pulu Meksika ödəyəcək. Ancaq Meksika baryerin tikintisini maliyyələşdirməyə hazırlaşmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru