Rusiyada sabah çevriliş ediləcəkdi: HƏBSLƏR BAŞLADI

3-11-2017, 17:51           
Rusiyada sabah çevriliş ediləcəkdi: HƏBSLƏR BAŞLADI
Rusiya xüsusi xidmət orqanları "Hazırlıq" hərəkatının üzvlərini saxlayıb. Onlar 4-5 noyabrda administrasiya binalarına və polisə hücum hazırlamaqda ittiham edilir.

Cebhe.info Rusiya mətbuata istinadən bildirir ki, saxlananlar paytaxtda ekstremist aksiyalar planlayıb.

Onlardan 15 butulka yandırıcı maddə götürülüb. Hərəkat üzvləri eyni təxribatları Krosnoyarsk, Krosnodar, Kazan, Samara və Saratovda da keçirməyi planlaşdırıb. Onlara qarşı terrorizm maddəsi ilə cinayət işinin açılması gözlənilir. Saxlanan hərəkat üzvlərinin adı açıqlanmır.

Qeyd edək ki, hərəkat və eyniadlı internet layihə Vyaçeslav Maltsev tərəfindən yaradılıb. Onlar Rusiyada inqilab etmək niyyətinlərini bəyan ediblər. Hərəkat rəhbərinin özünü isə Rusiyadan kənarda olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru