İraq silahlı qüvvələri İŞİD-in bu ölkədəki son qalasına girib

3-11-2017, 18:04           
İraq silahlı qüvvələri İŞİD-in bu ölkədəki son qalasına girib
İraq silahlı qüvvələri İŞİD-in bu ölkədə son qalası sayılan Əl-Kaim rayonuna girib. Bu yaşayış məntəqəsi Suriya ilə sərhəddə yerləşir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, terror qruplaşmasına qarşı aparılan hərbi əməliyyatlara rəhbərlik edən general Abdulemir Yarullahın yazılı məlumatına görə, ordu, terrorla mübarizə qüvvələri və yerli tayfalardan olan döyüşçülər Əl-Kaimə üç istiqamətdən girməyə başlayıblar.

Eyni zamanda, İraq-Suriya arasındakı eyni adlı sərhəd-keçid məntəqəsinin də geri alındığı bildirilir.

Xatırladaq ki, Ənbar vilayətinə daxil olan Əl-Kaimin terrorçulardan azad edilməsi əməliyyatlarına oktyabrın 28-də başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru