Rusiyada qalmaqal — müəllim şagirdin alnına “axmaq” sözü yazdı

3-11-2017, 19:56           
Rusiyada qalmaqal — müəllim şagirdin alnına “axmaq” sözü yazdı
Rusiyanın Peterburq şəhərindəki 684 saylı orta məktəbdə qalmaqal baş verib.
Ölkə.Az xəbər verir ki, müəllim şagirdin alnına “durak”, yəni axmaq sözü yazıb. Məhkəmə isə müəllimə 1000 rubl, yəni 17 dollar cərimə kəsib.
Hadisə orta məktəbdə baş verib. Şagirdlərin müntəzəm olaraq bir-birlərinin bədənlərinə qələm vasitəsilə döymə çəkməsi müəllimi əsəbləşdirib. Şagirdlərə xəbərdarlıq edən müəllim eyni hərəkəti təkrarlayan şəxsin alnına axmaq sözü yazacağını bildirib. Olqa Alfredova adlı müəllimə şagirdi yanına çağıraraq alnına “durak” yazıb.
Hadisədən xəbər tutan valideyn təhsil nazirliyi və prokurorluğa şikayət edib. Müəllim məhkəmə qarşısında cavab verməli olub. Məktəbdən qovulan Olqa 17 dollar da cərimə ödəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru