Belçikada iğtişaş: 100-dən çox insan polisə hücum etdi - VİDEO

16-11-2017, 00:29           
Belçikada iğtişaş: 100-dən çox insan polisə hücum etdi - VİDEO
Bu gün Brüsselin mərkəzində kütləvi iğtişaş baş verib.

teref.az “Report”a istinadən xəbər verir ki, Mone meydanında olan mağaza və avtomobillər iğtişaşçıların hücumuna məruz qalıb.

Polisin məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları artıq iğtişaş iştirakçılarını mərkəzdən uzaqlaşdıra biliblər. Hadisə yerinə federal polisin iğtişaşlarla mübarizə qüvvələri cəlb olunub. Vəziyyət nəzarətə götürülüb, üç nəfər saxlanılıb.

RTBF telekanalının məlumatına görə, təqribən 100-dən çox gəncdən ibarət kütlə Belçika paytaxtının mərkəzində polisə hücum edib, ardınca isə mağaza piştaxtalarına və avtomobillərə zərər yetiriblər. Şəhər mərkəzində fəaliyyət göstərən metrostansiya bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru