Trampın İranla bağlı bəyanatları fonunda neft 3%-dən çox dəyər itirib

16-05-2025, 12:08           
Trampın İranla bağlı bəyanatları fonunda neft 3%-dən çox dəyər itirib
İranla ABŞ arasında sazişin bağlanması gözləntilərinin artması fonunda neft 3 %-dən çox ucuzlaşıb.

İndex.az bu barədə “İnterfaks”a istinadən xəbər verir.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu gün Dohada Vaşinqton və Tehranın razılaşmaya yaxın olduğunu bildirib. Bakı vaxtı ilə saat 15:10-a olan məlumata görə, Londonun ICE Futures birjasında “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 63,83 ABŞ dolları təşkil edir ki, bu da əvvəlki ticarət sessiyasının bağlanışı zamanı qeydə alınan göstəricidən 2,26 ABŞ dolları (3,42 %) azdır.

Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin iyun fyuçersləri 2,23 ABŞ dolları (3,53 %) ucuzlaşaraq bir barel üçün 60,92 ABŞ dolları təşkil edib.

“24 saatdan az müddətdə narrativ ABŞ-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsindən diplomatik irəliləyiş gözləntilərinin artmasına doğru dəyişib. Sazişin bağlanması neft bazarının bu ilin qalan dövründə əhəmiyyətli təklif izafiliyi ilə üzləşəcəyi ehtimalını kəskin şəkildə artıracaq”, – “A/S Global Risk Management”in baş analitiki Arne Lohmann hesab edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru