Yunanıstanda matəm elan olunub

16-11-2017, 08:45           

Yunanıstanın baş naziri Aleksis Tsipras daşqınlar nəticəsində həlak olanların xatirəsini yad etmək üçün ölkədə ümummilli matəm günü elan edib.

A24.az xəbər verir ki, televiziya ilə xalqa müraciətində baş nazir ölənlərin ailələrinə başsağlığı verib, təbii fəlakət nəticəsində zərərçəkənlərə hökumət tərəfindən yardım göstəriləcəyini bildirib.

“Bu gün Yunanıstanın çətin vaxtıdır. Biz böyük bir fəlakət yaşayırıq”, deyə A.Tsipras qeyd edib. Onun sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün resurslar səfərbər edilib. Evlərinə ziyan dəyənlərə müvəqqəti sığınacaqlarda yerlər ayrılıb.

Son məlumata əsasən, Yunanıstanda baş verən daşqınlar nəticəsində 14 nəfər ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru