Saakaşvili Ukraynada “xalq impiçmenti”nin başlanmasının tarixini açıqladı...
20-11-2017, 07:59

"NewsOne" telekanalı xəbər verir ki, Ukraynanın “Yeni qüvvələr hərəkatı” partiyasının lideri və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ali Radanın binasının qarşısında mitinq edənləri Kiyevin mərkəzində, dekabrın 3-də “xalq impiçmenti” təşkil etməyə çağırıb.
“3 dekabr – “xalq impiçmenti”nin başlanğıcıdır. 3 dekabradək biz başladığımız işi davam etdirəcəyik. 3 dekabr – bizim hamımız üçün iks saatıdır. Gəlin təşkilatlanaq, mən bütün ölkə boyu gəzəcəm, adamları qaldıracam, təxribatsız, sülh və sakitliklə, konkret planla və konkret vəzifələrə namizədlərlə əsaslandırılmış şəkildə” - Saakaşvili deyib.
Siyasətçi izah edib ki, Ukraynanın hər bölgəsində informasiya mərkəzi yaradılıb. O, həm də ölkənin baş naziri olmağa hazır olduğunu bildirib.
Telekanalın məlumatına görə mitinqdə bir neçə yüz adam iştirak edib, Ali Radanın qarşısındakı meydan dolub.
Əvvəllər iz.ru portalı xəbər verib ki, 17oktyabrda bir neçə siyasi partiyalar və ictimai hərərəkatlar Radanın binası qarşısında böyük miqyaslı siyasi islahatlara dəstək məqsədilə ümumukrayna aksiyası keçirib. Nümayişçilər deputat toxunulmazlığının məhdudlaşdırılması və antikorrupsiya məhkəməsi haqqında qanun qəbul edilməsini tələb ediblər. Bu zaman mitinqçilər və güc strukturları arasında bir neçə dəfə toqquşma olub.
Daha sonra onlar daha bir tələb - prezidentin impiçmenti haqqında qanun qəbul edilməsi tələbini irəli sürüblər. 12 noyabrda Kiyevin Mixaylovski meydanında bu təşəbbüsə dəstək məqsədilə etiraz aksiyası keçirilib.
Moderator.az
Saakaşvili özü əvvələr bildirib ki, Radanın yanında mitinqlər hər bazar günü keçiriləcək, iştirakçılar isə Ukrayna prezidenti administrasiyasının yerləşdiyi “Bankovoy küçəsi üçün şok düzəldəcəklər“ .
Ukrayna prezidenti Petro Poroşenkonun fikrincə, etirazları təşkil edənlərin real planı ölkədə qeyri - sabit vəziyyət yaratmaqdır.