Ermənistanda borc rekordu yeniləndi

20-11-2017, 14:19           
Ermənistanda borc rekordu yeniləndi
2018-ci ildə Ermənistan dövlət büdcəsindəki defisit 156,9 milyard dram olacaq.

Axar.az xəbər verir ki, bu, keçən ilin dövlət büdcəsi üçün nəzərdə tutulan kəsrdən 3,8% çoxdur. Gələn il dövlət büdcəsinin ümumi gəliri 1,307 trilyon dram, xərcləri isə 1,464 trilyon dram təşkil edəcək. Bu isə keçən ilin göstəricilərindən 7,7% artıqdır.

2018-ci ildə Ermənistanın dövlət borcu 7 milyard dollara çatacaq. Bu göstərici reallaşacağı halda ölkənin ümumi daxili məhsulunun 60%-ni təşkil edəcək.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində Ermənistanın dövlət büdcəsində kəsir 92,8 milyard dram olub. İlk 9 ay ərzində ölkə büdcəsinin gəlirləri 888,4 milyard dram, xərcləri isə 981,2 milyard dram təşkil edib.

Üstəlik, Ermənistanın ümumi borcu yanvar-sentyabr ayları ərzində 6,8% artaraq, 6,3 milyard dollara çatıb. Ölkənin daxili borcu 9% artaraq 1,2 milyardı keçib. Xarici borc isə 11,6% artaraq 5 milyard dolları ötüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru