Avropa Bank Assosiasiyası "Brexit"dən sonra Londondan Parisə köçürüləcək
21-11-2017, 09:25
Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) tərkibindən çıxmasından sonra Avropa Bank Assosiasiyasının (ABA) baş qərargahı Londondan Parisə köçürüləcək. "Report" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Bundan əvvəl Aİ Şurası Avropa Dərman Vasitələri Agentliyi baş qərargahının "Brexit"dən sonra Londondan Parisə köçürüləcəyini bəyan etmişdi.