Tillerson: "ABŞ Şimali Koreya problemini həll etmək üçün diplomatiyaya üstünlük verir"

21-11-2017, 09:27           
Tillerson: "ABŞ Şimali Koreya problemini həll etmək üçün diplomatiyaya üstünlük verir"
ABŞ Şimali Koreya ətrafında böhranı diplomatik yolla həll ediləcəyinə hələ də ümid edir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

“Biz hələ də diplomatiyaya üstünlük veririk”, deyə R.Tillerson vurğulayıb. Onun sözlərinə görə, yeni sanksiyalar rəsmi Pxenyanı nüvə və raket proqramları ilə bağlı danışıqlara başlamağı məcbur etməyə hesablanıb.

Tillerson qeyd edib ki, tətbiq edilən beynəlxalq sanksiyalara görə KXDR-də yanacaq qıtlığı yaranıb. “Dünya ictimaiyyəti tərəfindən məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar KXDR büdcəsinə daxil olan gəlirlər də azalıb”, deyə R.Tillerson bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru