Merkel yeni parlament seçkiləri keçirməyə çağırıb

21-11-2017, 09:29           
Merkel yeni parlament seçkiləri keçirməyə çağırıb
Almaniya kansleri Angela Merkel parlamentin buraxılmasına və növbədənkənar seçkilərin keçirilməsinə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə A.Merkel “ARD” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, ən yaxşı variant Bundestaqa yeni seçkilərin keçirilməsidir”, deyə kansler bildirib.

Bundan əvvəl “Almaniya üçün Alternativ” partiyası Merkeli istefa verməyə çağırıb.

Qeyd edək ki, “Azad Demokratik Partiyası” “Yaşıllar"la birgə Merkelin bloku ilə koalisiyadan imtina ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru