Qara dənizdə Fransanın «görünməz freqat»ı qeydə alınıb

21-11-2017, 09:51           
Qara dənizdə Fransanın «görünməz freqat»ı qeydə alınıb
Fransa hərbi-dəniz qüvvələrinin (HDQ) La Fayette sinifindən olan raket «görünməz freqat»ı Qara dəniz hövzəsinə daxil olub. İnformasiya və fotoşəkillər Bosfordan keçən hərbi gəmilərin hərəkətini izləyən türkiyəli qaynaqçıların «Tvitter» mikrobloqu səhifələrində yer alıb.
Şəkillərdən görünür ki, freqat «F714 Guepratte» Qara dənizə doğru irəliləyir.
Açıq mənbələrin məlumatına görə, gəminin su tutumu 3,2 min ton təşkil edir. Onun gövdəsi «stels» texnologiyasının tətbiqi yolu ilə hazırlanıb. Fransa müdafiə nazirliyinin saytında deyilir ki, freqat böhran rayonlarında istifadə təyinatlıdır – göyərtəsində bir neçə raket və «Panther» vertolyotu daşıyır. La Fayette sinifi 5 gəmidən idarətdir ki, onlardan birincisi 1992-ci ilə suya buraxılıb.
Bu, Fransa döyüş gəmisinin Qara dənizə ilk girişi deyil. Həmin sinifdən olan Fransa freqatı bundan əvvəl Qara dəniz hövzəsində cari ilin martında olub. O, Rumıniyanın Konstansa limanında olub və həm də Rumıniya HDQ ilə birgə təlimlərdə iştirak edib.AzPolitika.info/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru