ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb 21-11-2017, 10:00 Texas ştatında ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “T-38 Talon” təlim təyyarəsi qəzaya uğrayıb. APA-nın xəbərinə görə, bu barədə ABŞ Hərbi-Hava Qüvvələrinin “Tvitter” səhifəsində məlumat verilib. Hadisə nəticəsində pilotlardan biri ölüb, digəri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İnsident San-Antonio şəhəri yaxınlığında baş verib. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir. Facebook-da paylaş