Livanın baş naziri Həriri istefaya gedəndən sonra ilk dəfə ölkəyə qayıdıb
22-11-2017, 06:48
Livanın baş naziri Saad Həriri vəzifəsindən istefa verdikdən sonra ilk dəfə ölkəyə qayıdıb. “Report” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Saad Həriri noyabrın 4-də həyatı ilə bağlı təhlükə səbəbindən istefa verib. O, 3 noyabr 2016-cı ildə Livanın baş naziri təyin olunub.