Tiflisdə terrorçularla qanun keşikçiləri arasında atışma olub

22-11-2017, 06:52           
Tiflisdə terrorçularla qanun keşikçiləri arasında atışma olub
Çərşənbə gününə keçən gecə Gürcüstanın paytaxtı Tiflisin cənubunda terrorçuluqda şübhəli bilinən şəxslər hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.
Onun məlumatına görə, terror təşkilatları ilə əlaqədə ittiham olunan iki nəfər çoxmərtəbəli binalardan birində saxlanılan zaman atəş açıblar. Hadisə Tiflisin İsan rayonunda qeydə alınıb.
Hazırda xüsusi əməliyyat başa çatıb, cinayətkarlar tutulub. Onların vətəndaşlığı açıqlanmır. Hüquq-mühafizə orqanları əməkdaşları arasında zərər çəkənlərin olub-olmadığına dair məlumat verilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.