Alimlər sübut etdi: açteklər bu səbəbdən ölüb

17-01-2018, 00:04           

Alimlərin apardıqları araşdırmalar nəticəsində Meksikada böyük bir imperiya və sivilizasiyanın əsasını qoyan asteklərin ölüm səbəbi məlum olub.

“Tendensiya.com” xarici KİV-ə istinadən xəbər verir ki, alimlər 500 il öncə yaşamış asteklərin Astek Nahuatl dilində vəba mənasını verən “kokoliztli” xəstəlik səbəbindən öldüklərini ortaya çıxarıb. Belə ki, vəbanın yayılması ilə 15 milyonluq astek millətinin 80 faizi 5 il içərisində ölüb.

Alimlər bu faktı ölü asteklərin DNT-ləri üzərində araşdırma apararaq aşkara çıxarıblar. Almaniyanın Tuebingen Universitetinin professor və araşdırma yazarı Aşild Veygen 1545-1550-ci illərdə “kokoliztli” xəstəliyinin avropalıların Amerika qitəsinə köç etməsindən sonra yayıldığını və bunun vəba xəstəliyinin bir növü olduğunu söyləyib.

Beləliklə tarixçilər tərəfindən yüz illərdir böyük bir sivilizasiyanın əsasını qoymuş xalqın yer üzündən silinməsinin səbəbini müasir tibb sayəsində öyrənmək mümkün olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.