Van Qoqun yeni bir rəsmi tapıldı

17-01-2018, 00:05           

Hollandiyalı məşhur rəssam Van Qoqun indiyə qədər heç kimin görmədiyi bir rəsmi tapılıb.

“Tendensiya.com” xarici KİV-ə istinadən xəbər verir ki, Parisdəki bir dəyirman təsviri olan əl işinin gerçək bir Van Qoq üslubunda olduğu açıqlanıb.

Laren şəhərinin Singer muzeyində mətbuata təqdim edilən rəsm əsərini məşhur rəssamı 1886-cı ildə bir müddətlik akademik təhsil aldığı Belçikanın Antverpen şəhərində çəkildiyi bildirilib.

Rəsm qaralamadan çox Van Qoqun “Montmarte təpəsi” adlı yağlı boyalı tablosuna oxşayır.

Qeyd edək ki, mütəxəssislər 2013-cü ildən bəri sözügedən rəsm üzərində araşdırmalar aparırdılar.

Tablonun 1917-ci ildə Corcina Vermir adlı hollandiyalı tərəfindən alınıb. O tarixdən bəri itmiş olduğu düşünülən rəsm Vermirin ölümündən sonra nəvəsi tərəfindən tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru