Kolumbiyada hərbi vertolyot qəzaya uğradı: 10 ölü 17-01-2018, 10:26 Kolumbiyanın şimalında "Mi-17" tipli vertolyotun qəzaya uğraması nəticəsində 10 nəfər həyatını itirib.Publika.az xəbər verir ki, qəza Seqoviya şəhəri yaxınlığında qeydə alınıb.Vertolyotun göyərtəsində 8 hərbçi və 2 mülki şəxs olub.Kolumbiya ordusu nümayəndəsinin sözlərinə görə, vertolyot vurulmayıb. Hadisənin səbəbləri araşdırılır. Facebook-da paylaş