Çeçen avtoritetlərdən Lotu Quliyə SƏRT MESAJ - VİDEO

17-01-2018, 18:49           
Çeçen avtoritetlərdən Lotu Quliyə SƏRT MESAJ - VİDEO
Lotu Quli ilə çeçen avtoritet Aziz Batukayev arasında gərginlik davam edir.

GoldNews.az xəbər verir ki, Azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin ölümündən sonra onun bir nömrəli varisi sayılan çeçen əsilli, "Şeyx Həmzət" ləqəbli kriminal avtoritet Həmzət Qastəmirovun adamları Lotu Qulinin tərəfdarlarına hədə dolu mesaj göndəriblər. Videomesajda çox keçmədən "cavab zərbəsi"nin endiriləcəyi bildirilib.

"Bizim qardaşlarımızın düşmənləri bizim də düşmənlərimizdir. Yeni ildə biz də onlar üçün bir hədiyyə hazırlayacağıq".

Xatırladaq ki, ötən həftə azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli") dəstəsi Moskvada çeçen Aziz Batukayevin dəstəsi ilə toqquşub.

Toqquşma zamanı 5 azərbaycanlı və 10 çeçen saxlanılıb.

Məlumatlara görə, toqquşmaya səbəb "Lotu Quli" ilə Azizin telefon danışığı olub. Gərgin söhbətdən sonra tərəflər bir-birinə güzəştə getməyib. Doroqomilovski, Danilov və Butovski bazarları uğrunda gedən mübarizə daha da gərginləşib.

Ded Xasanın qətlindən sonra onu əvəzləmək üçün Azizin adı daha ciddi şəkildə hallanırdı. Ancaq "Lotu Quli" ilə toqquşma Azizin oğru titulunu şübhə altına qoyub.

Hətta iddia edilir ki, azərbaycanlı "qanuni oğru"nun dəstəsi çeçenlərin qruplaşmasını bazardan vurub çıxarıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.