Rusiya özəl muzdlu ordunu leqallaşdıra bilər – Felgenhauer

18-01-2018, 11:21           

Özəl hərbi şirkətlərin gizli şəkildə xaricdəki hərbi əməliyyatlarda iştirakı yerinə onların fəaliyyətinin leqallaşdırılması daha doğru qərar olardı.

Axar.az xəbər verir ki, bunu “Exo Moskva” radiosuna müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.

“Hazırda Rusiyada muzdluluq qanunla qadağandır. Böyük ehtimalla onların etdikləri cinayətdir, amma onları hər zaman mənəvi və fiziki baxımdan dəstəkləyirlər. Ona görə də bu situasiyanın öhdəsindən gəlmək üçün fəaliyyətlərini leqallaşdırıb, muzdluluğu açıq etmək lazımdır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya Dumasında özəl hərbi şirkətlərin fəaliyyəti haqqında qanun layihəsi müzakirə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru