“Feysbuk”da paylaşılan şəkil 3 il əvvəlki CİNAYƏTİN ÜSTÜNÜ AÇDI - FOTO

19-01-2018, 00:13           

3 il əvvəl törədilən dəhşətli cinayətin üstü “Feysbuk”a yüklənən şəkil sayəsində açılıb.

Publika.az xəbər verir ki, 2015-ci il mart ayının 24-də 20 yaşlı Ceyni Roz Antoyn 18 yaşlı rəfiqəsi Britney Qerqolu qətlə yetirib.

Polislər qızın cəsədini meşə yaxınlığındakı yoldan tapıblar. Onun boynunda kəmər olub. Ögey anası Britneyi qolundakı iki qulduz döyməsindən tanıyıb. 2 ildir davam edən istintaq hələ də qızın hansı səbəbdən öldürülməsini aşkarlaya bilməyib.

Lakin ötən gün Ceyni Roz Antoyni ölümündən əvvəl rəfiqəsi Britney ilə çəkdirdiyi şəklini paylaşıb. Ceynin belindəki kəmər cinayət yerində qızın boynunda tapılan kəmərlə eyni olub.

Şübhəli kimi saxlanılan Ceyni nəhayət, rəfiqəsini qətlə yetirdiyini etiraf edib. O, rəfiqəsini əvvəlcə spirtli içkiyə qonaq edib. Daha sonra kəmərlə boğub. Öldüyünə əmin olduqdan sonra isə evlərindən uzaqda yol qırağına ataraq qaçıb.

Faktla bağlı yeni dəlillər axtarılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.