Misirdə 53 silahlı zərərsizləşdirilib

16-02-2018, 08:00           
Misirdə 53 silahlı zərərsizləşdirilib
Misirin təhlükəsizlik orqanları ölkədə iri miqyaslı əməliyyatların başlanğıcından bu günə kimi 53 silahlını zərərsizləşdiriblər.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" ölkənin silahlı qüvvələrinin mətbuat katibi, polkovnik Tamer əl-Rifaaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, cinayətkar elementlər və silahlılara dəstək verməkdə şübhəli bilinənlər də daxil olmaqla, 5 silahlı, habelə daha 680 digər şəxs də saxlanılıb. Mətbuat katibi qeyd edib ki, təhlükəsizlik orqanları yüzlərlə sığınacağı və texnikanı məhv edib.

Daha əvvəl Misir ordusunun nümayəndələri bildiriblər ki, Qərb səhrasına endirilmiş hava zərbələri nəticəsində silah-sursat yüklənmiş 10 maşın məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru