Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər öldürülüb

16-02-2018, 08:04           
Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər öldürülüb
Nigeriyada silahlı hücum nəticəsində 18 nəfər öldürülüb.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə polis sözçüsü Məhəmməd Shehu bildirib.

O, qeyd edib ki, hadisə Zamfara vilayətində baş verib. Silahlı qrup vilayətin Birani kəndinə hücum edərək 18 nəfəri qətlə yetirib.

Silahlıların hansı qruplaşmanın üzvləri olduqları hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Bölgədə əsasən çobanlarla fermerlər arasında silahlı qarşıdurmalar baş verir. Plateau vilayətində baş vermiş son silahlı hücum nəticəsində 5 nəfər öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru