ABŞ polisi "Sabah Floridanın ikinci raundudur" sözlərini yazan məktəblini həbs edib

16-02-2018, 08:50           
ABŞ polisi "Sabah Floridanın ikinci raundudur" sözlərini yazan məktəblini həbs edib
ABŞ-da polis məktəblini həbs edib.

"Report" xəbər verir ki, bu barədə "WAFB" məlumat yayıb.

Bildirilir ki, hadisə Cənubi Karolinada, orta məktəbdə baş verib. Buna səbəb məktəblilərdən birinin silahla şəkil çəkdirərək, "Sabah Floridanın ikinci raundudur" sözlərini yazması olub. O, polis tərəfindən həbs olunub.

Bəzi internet istifadəçiləri bildiriblər ki, yeniyetmə oxşar zarafat üçün çox pis vaxt seçib. Digərləri hesab edir ki, o, dərhal səlahiyyətli orqanlar tərəfindən yoxlanılmalıdır.

Qeyd edək ki, fevralın 14-də ABŞ-da 19 yaşlı oğlan məktəblilərə atəş açıb. Nəticədə 17 nəfər ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru