Əsəd Afrinə hücuma keçir, Türkiyə ordusu… – Rusiyadan qanlı döyüş XƏBƏRDARLIĞI

17-02-2018, 00:13           

Rusiyalı ekspertlər Türkiyənin Afrin əməliyyatını dəyərləndirib.

teref.az xəbər verir ki, Dumanın Müdafiə komitəsinin rəhbəri Vladimir Şamanov Türkiyənin Afrindəki maraqlarının nəzərə alınmasının vacibliyini qeyd edib: “Türkiyənin burada maraqlarının olduğu məlumdur. Buna görə də anlaşmaq lazımdır. Türkiyə, Rusiya və İran masaya əyləşməli və mexanizmlər hazırlanmalıdır”.

Rusiyalı politoloq Maksim Jarov isə kürdlər və Əsəd rejiminin Suriya ordusunun Afrinə girməsi ilə bağlı razılığa gəlməsini şərh edib.

“Bu, əhəmiyyətli hadisədir. Əgər bu baş tutarsa, Əsəd hökumətinin mövqeyi güclənəcək. Suriyada baş verən son hadisələr təsir dairələrinin qeyri-rəsmi şəkildə bölünməsi ilə bağlıdır. Baş verənlər ABŞ-ı narahat edir. Fikrimcə, PYD artıq ABŞ-dan kömək gözləməkdən bezdi. Buna görə də Əsədlə razılaşdı. Lakin bu PYD-nin müstəqilik istəyindən imtina etməsi demək deyil”, – deyə Jarov qeyd edib.

Rusiya Elmlər Akademiyasının Yaxın Şərq İnstitutun əməkdaşı Sergey Demidenko isə Suriya ordusunun Afrinə girmə ehtimalının az olduğunu hesab edir: “Suriya ordusu Türkiyə ilə döyüşə girməz. Həm də Suriya ordusu PYD üçün yaxşı seçim deyil”. /Publika.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru