Çinli biznesmen qadınlar milyarderlər siyahısının zirvəsindədir

8-03-2018, 19:49           

Sərvətlərini öz gücləri hesabına qazanan milyarder qadınlar siyahısında ilk dördlükdə çinli biznesmenlər yer alıb.

“Tendensiya.com” xəbər verir ki, bu barədə “Hurun” araşdırma şirkətinin 2018-ci il üçün qlobal zənginlik hesabatında bildirilib.

“Apple” və “Samsung” kimi elektrotexnika nəhənglərinin istehsal etdikləri mobil telefon və kompüterlər üçün ekran şüşəsi istehsalı ilə məşğul olan “Lens Technology” şirkətinin sahibi Zu Xunfey 9,8 milyard dollarlıq sərvətin sahibi olmaqla siyahıya liderlik edir.

Kasıb ailədə böyüyən Zu ötən həftə “Forbes”in ən zəngin qadınları siyahısında 16-cı pillədə yer almışdı.

“Harun”un siyahısında Zudan sonra ikinci və üçüncü pillələri tikinti sektorunda fəaliyyət göstərən 9,1 milyard dollarla Vu Yajun və 8,1 milyardlıq sərvətlə Çen Lihua izləyir.

Siyahının dördüncüsü isə 7,5 milyard dollarlıq sərvəti ilə kağız və paket istehsalı sənayesində fəaliyyət göstərən Nine Draqondur.

Qeyd edək ki, ümumilikdə 102 qadının adı daxil edilən siyahıda 62 çinli qadın var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.