NATO Baltikyanı ərazidə Rusiyanın təcavüzkar fəaliyyətini qeydə almayıb.
Axar.az xəbər verir ki, bu sözləri NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavel deyib.
“Bölgədə qeydə alınanlar hərbi iştirakın, təlimlərin, uzunmüddətli aviasiya uçuşlarının sayının artması və kəşfiyyatın daha çox fəaliyyətidir. Mən bunu "təcavüz" adlandırmazdım”, - general bildirib.
General bölgədə Rusiya və NATO təyyarələri arasındakı istənilən qarşıdurmanın səhvən baş verdiyini, belə hallardan qaçmaq üçün tərəflərin məsuliyyəti artırması lazım olduğunu vurğulayıb.