Böyük Britaniyada silahlı insident baş verib, yaralananlar var - YENİLƏNİB 17-03-2018, 09:34 Böyük Britaniyada odlu silahdan atəş açaraq iki nəfəri yaralayan şəxs polis tərəfindən saxlanılıb. APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində hamilə qadınla yanaşı bir kişi də yaralanıb. Hazırda həkimlər qadını xilas etməyə çalışırlar. İnsidentin terrorla əlaqəli olmadığı təsdiqlənib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. *** 03:14 Böyük Britaniyanın cənubunda Horşem şəhərində silahlı insident baş verib. APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin “Tvitter”dəki səhifəsində bildirilir. Hadisənin terrorla əlaqəli olmadığı qeyd edilir. “Sun” qəzetinin məlumatına əsasən, insident zamanı hamilə qadın yaralanıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir. Facebook-da paylaş