Robot basketbolçu yaradıldı - Video

17-03-2018, 10:00           
Robot basketbolçu yaradıldı - Video
Yaponiyanın “Toyota” şirkətinin mühəndislər qrupu sərbəst basketbol atışlarını dəqiqliklə yerinə yetirən “Cue” adlı insanabənzər robot yaradıb.

Teleqraf.com “ICTnyus”-a istinadən xəbər verir ki, robot basketbolçunun bacarıqlarına əmin olmaq üçün mütəxəssislər tərəfindən qurğu və “Alvark Tokyo” klubunun iki peşəkar oyunçusu arasında yarış təşkil edilib. Yarışın nəticəsinə görə “Cue” robotu qələbə qazanıb – o, bütün 10 atışı dəqiq yerinə yetirdiyi halda rəqiblərdə bu göstərici 8 təşkil edib.

Məlumata görə, robot basketbol topunu səbətə atmağı süni intellekt sisteminin köməyi ilə öyrənib. Lakin dərc edilən videoçarxlara baxdıqda mühəndislər tərəfindən daha sadə həllərin tətbiq edilməsinin şahidi olmaq mümkündür. Çünki robot atış zamanı eyni hərəkətləri təkrar edir. Lakin “Cue” robotunun bircə bu bacarığı da ona insanlar üzərində qələbə qazanmağa kifayət edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru