Böyük fəlakət yaxınlaşır – SOS

23-03-2018, 00:04           

Planetimizə doğru saata 101 min kilometr sürətlə irəliləyən “Bennu” adlı astreoit NASA-nı hərəkətə keçirib.

teref.az “Hürriyet”ə istinadla xəbər verir ki, təxminən 500 metr hündürlüyündə olan “Bennu” riskli kateqoriyasında dəyərləndirilən NASA, mümkün fəlakətin qarşısını almaq üçün iki plan hazırlayıb.

Birinci plan “Bennu”nun istiqamətini dəyişdirməkdir. Plan görə 8.8 ton ağırlığında olan “Hammer” (Çəkic) adlı kosmos cihazı asteroidlə toqquşdurulacaq və asteroid istiqamətini dəyişdirəcək.

NASA-nın ikinci planı isə nüvə silahından istifadə etməkdir. Bu variantda kosmos cihazına nüvə silahı yerləşdiriləcək və “Bennu” dünyadan çox uzaq bir məsafədə vurularaq parçalanacaq.

Fizikçi Kirsten Hovley ABŞ mətbuatına verdiyi açıqlamada “Bennu”nun 2135-ci ildən əvvəl planetimizə dəyməsi ehtimalının hazırda aşağı olduğunu bildirib, amma, NASA-nın buna baxmayaraq, indidən işlər apardığını vurğulayıb. /Sputnik Azərbaycan/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru