Pentaqon Rusiyanın ABŞ-a yaratdığı təhlükənin səbəbini açıqlayıb

23-03-2018, 10:29           

Rusiya və Çin ABŞ və onun müttəfiqlərinə ciddi təhlükə yaradır, çünki Moskva və Pekin dünyadakı mövcud düzəni dəyişmək niyyətindədirlər.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə nazirinin müavini Con Rud Senatdakı dinləmələr zamanı çıxışında bildirib.



“Rusiya və Çin dünya düzənini və ərazi sərhədlərini dəyişmək niyyətindədirlər, buna görə bu iki dövlət ABŞ və müttəfiqlərinə ciddi təhlükə yaratmaqdadır”, - deyə Con Rud qeyd edib.

Onun sözlərinə görə, qeyd olunan təhlükələri nəzərə alaraq, Vaşinqton və müttəfiqlərə hərbi xərcləri artırmaq gərəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru