Səudiyyə Şahzadəsindən etiraf: “TRAMPIN KÜRƏKƏNİ KUŞNER CİBİMDƏDİR”

23-03-2018, 17:32           
Səudiyyə Şahzadəsindən etiraf: “TRAMPIN KÜRƏKƏNİ KUŞNER CİBİMDƏDİR”
Adının çəkilməsini istəməyən bir Ağ Ev rəsmisi, “The Intercept” xəbər saytına Səudiyyə Şahzadəsinin Trampın kürəkəni Jared Kuşnerı arxasına aldığını və onun artıq “cibində” olmasını dediyini iddia edib.

Ağ Ev rəsmisi, Məhəmməd bin Salmanın bu sözü Kuşnerlə olan yaxınlığını düşmənlərinə qarşı arxasının möhkəm olduğu mesajını vermək üçün istifadə etdiyini söyləyib. Məhəmməd bin Salmanın Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi Məhəmməd bin Zayedə "Kuşner cibimdədir" dediyini iddia edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində həbslər oktyabr ayında ər-Riyadda Məhəmməd Bin Salman və Jared Kuşner görüşündən bir həftə sonra başlamışdı.
Səlahiyyətli, "İddiaya görə Kuşner və Məhəmməd, Şahzadəyə sadiq olmayan şəxslər haqqında dəyərləndirmələr apardıqdan sonra korrupsiya əməliyyatlarında nəzarətə alınacaq adamlar müəyyən olunub. Ancaq Məhəmməd bin Salmanın bu şəxsləri müstəqil olaraq müəyyən etmiş olduğu halda ikilinin yaxınlığını göstərmək üçün Kuşner ilə fikir mübadiləsi nəticəsində qərar vermiş təəssüratı yaratması mümkündür. Çünki Kuşnerın gizli məlumatları paylaşması federal qanunlara ziddir" deyə, bildirib.
Müxalifət.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru