Reks Tillerson Dövlət Departamentinin əməkdaşları ilə vidalaşdı:“İnamı bərpa etmək çox çətindir”

24-03-2018, 00:15           

Vəzifəsini tərk edən ABŞ dövlət katibi Reks Tillerson Dövlət Departamentinin əməkdaşları ilə vidalaşıb. Tramp, 31 mart tarixinə qədər vəzifəsini icra edəcək Tillersonu ayın əvvəli kənarlaşdırıb. ABŞ prezidenti, Tillersonu Mərkəzi Kəşfiyyat İdarəsinin indiki direktoru Mayk Pampeo ilə əvəzləmək niyyətindədir.

Tillerson Dövlət Departamentinin əməkdaşlarına ABŞ diplomatiyasının uğuru üçün etdikləri töhfəyə görə təşəkkürünü bildirib: “Bunların heç biri sizin gündəlik töhfələriniz olmadan mümkün olmazdı. Məktublar otağından başlayaraq, yeddinci mərtəbəyə qədər hər bir nöqtədə görülən işlər.”

Exxon şirkətinin texaslı sabiq icraçı rəhbəri dürüstlüyün qorunub saxlanmasının əhəmiyyətini vurğulayıb: “Yalnız özünüz bundan imtina, ya da özünüzü məcbur edə bilərsiniz. Bir dəfə etdinizsə, inamı bərpa etmək çox çətindir. Ona görə də bunu sahib olduğunuz ən dəyərli şey kimi qoruyun.”

Bəyanat təklikdə çoxları tərəfindən özəl və ictimai həyatları sual doğuran hazırkı siyasi elitaya qarşı zərbə kimi göründü. Lakin Tillerson heç bir yanlış anlaşılmaya yol verməmək üçün mesajını dəqiqləşdirib:“Bu şəhər çox qəddar ola bilər. Lakin siz bunda iştirak etmək seçimi etməli deyilsiniz. Hər birimiz olmaq istədiyiniz insan olmağımızı, insanların bizi istədiyimiz kimi qiymətləndirməsini seçirik”.

Tillerson diplomatlara və digərlərə bir-birinə hörmət etmələrinə çağırıb: “Sonda isə hər birinizdən xahiş etmək istərdim ki, hər gün yeni bir insana qarşı bir yaxşılıq edəsiniz.”

Tramp cümə axşamı Tillersonun qeydlərinə heç bir reaksiya verməyib. Lakin onu işdən uzaqlaşdırandan sonra demişdi ki, o Mayk Pompeo ilə daha yaxşı dil tapır. Dövlət Departamenti sözçüsü Hezer Nauert Tillersona ölkə üçün etdiyi xidmətlərə görə təşəkkürünü bildirib:“Ailəni, yaxşı işini, nəvələrini və gözəl rançonu tərk etmək çox böyük şeydir. Biz bilirik ki, bu vəzifəni qəbul etmək üçün o hansı qurbanlara gedib.”

Tillerson vəzifədə olduğu bir il ərzində 38 ölkəyə baş çəkərək, bütövlükdə 90 gün iş səfərlərində keçirib. (Amerikanın Səsi)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.